Bakı.Trend:
Rusiya Baş Prokurorluğu Niderland Ədliyyə Nazirliyinə və bir sıra başqa ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəhbərliyinin, o cümlədən vəzifədə olarkən Rusiya Prezidenti Vladimir Putinin həbs orderini vermiş prokuror kimi gündəmə düşmüş Kərim Xanın həbsə alınması və ekstradisiyası ilə bağlı sorğular göndərib.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Sorğu qərargahı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yerləşdiyi Niderlandın Ədliyyə və Təhlükəsizlik Nazirliyinə, həmçinin bir sıra digər ölkələrə göndərilib. Rusiyanın ekstradisiyasını tələb etdiyi şəxslər arasında hazırkı BCM sədri Tomoko Akane, birinci sədr müavini Rosario Aytala, ikinci sədr müavini Reyne Alapini-Qansu, habelə hakimlər Serxio Uqalde Qodines və Heykel Ben Mahfud da var.
Siyahıya, həmçinin məhkəmənin keçmiş sədri Pyotr Hofmanski, keçmiş prokuror Kərim Xan, hazırda BCM-də hakim kimi fəaliyyətini davam etdirən keçmiş birinci sədr müavini Lus del Karmen İbanes Karransa və keçmiş hakim Bernd Şmitt daxil edilib.
2025-ci ilin dekabrında Moskva Şəhər Məhkəməsi onları Rusiya Cinayət Məcəlləsinin 299-cu maddəsinin 2-ci hissəsi, 301-ci maddəsinin 2-ci hissəsi və 360-cı maddəsinin 2-ci hissəsi üzrə qiyabi qaydada təqsirli bilib. Onlar bilərəkdən təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qanunsuz olaraq həbsdə saxlanılması və beynəlxalq müdafiə altında olan şəxslərə hücum etməkdə təqsirli biliniblər.