Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının qrup mərhələsinə yekun vurulub.
Modern.az xəbər verir ki, E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Bundan sonra yenə bütün komandalar xalı eyni - 4 xal olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə ən yaxşı qrupu 3-cü yerdə bitirən 4 komandadan 1-i olaraq pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb. Azərbaycanlı futbolsevərlərin əsas diqqəti F qrupunda idi. Burada qardaş ölkə Türkiyə Çexiyanı məğlub edərək qrupda ikinci yeri tutub və 1/8 finala adlayıb. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrup üçüncüsü kimi 1/8 finala yüksəliblər.
E qrupu
Slovakiya - Rumıniya - 1:1
Ukrayna - Belçika - 0:0
N Komandalar O Q H M T-F X 1 Rumıniya 3 1 1 1 4-3 4 2 Belçika 3 1 1 1 2-1 4 3 Slovakiya 3 1 1 1 3-3 4 4 Ukrayna 3 1 1 1 2-4 4F qrupu
Çexiya - Türkiyə - 1:2
Gürcüstan - Portuqaliya - 2:0
N Komandalar O Q H M T-F X 1 Portuqaliya 3 2 0 1 5-3 6 2 Türkiyə 3 2 0 1 5-5 6 3 Gürcüstan 3 1 1 1 4-4 4 4 Çexiya 3 0 1 2 3-5 1