Bakı.Trend:
Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivi hələlik yoxdur.
ABŞ KİV-nin məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Amerikalı ali diplomat bununla belə, ölkəsinin mümkün diplomatik prosesdə konstruktiv rol oynamağa hazır olduğunu dilə gətirib.
“Hazırda danışıqlar yolu ilə nizamlanmanın əldə olunması üçün hər hansı perspektiv görünmür. Bu məqsədə nail olmaq üçün mümkün olan istənilən rolu oynamağa hazırıq. Münaqişənin eskalasiya ehtimalını böyük narahatlıqla izləməklə yanaşı, diplomatik həllə nail olunmasında konstruktiv rol oynamağa hazırıq”, – diplomat qeyd edib.