"Neftçi"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Ağ qaralar" Roman Qriqarçukla anlaşıb. Tanınmış mütəxəssis iki gündür Bakıdadır. Onunla bütün detallarda razılıq əldə olunub. 59 yaşlı çalışdırıcı ilə uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Qriqorçuka 2015 - 2018-ci illərdə "Qəbələ"də çalışıb. O, bölgə klubu ilə 2015/2016 və 2016/2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə qədər yüksəlib.