Metbuat.az xəbər verir ki, ilk məşqdən sonra Mourinyo futbolçunun transferə çıxarılmasına razılıq verib. Türkiyə mediasının məlumatına görə, ötən mövsüm yaxşı oyun nümayiş etdirə bilməyən futbolçu baş məşqçinin təlimatından sonra Samandıradan əşyalarını yığmağa başlayıb. Bildirilir ki, “Fənərbaxça”nın yeni mövsümdə tətbiq edəcəyi əcnəbi futbolçularla bağlı qaydalara görə, bir sıra xarici futbolçular klubdan göndərilməlidir.