Tanınmış jurnalist Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev 30 ildən sonra doğma kəndinə gedə bilib. Modern.az xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızı bildirib. O, atasının illər öncə ayrı düşdüyü yurduna-Ağdərənin Narınclar kəndinə qovuşduğunu vurğulayıb: “Xəstəlik onu incitsə də,ağrıtsa da, yurduna getməyə mane ola bilmədi, çox şükür”, - teleaparıcı deyib.
