Bakı şəhərinin Sabunçu rayonundakı Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Səida Bayramova sertifikatlaşdırma imtahanında maksimum nəticə göstərib. Modern.az saytının məlumatına görə, Səida Bayramova sertifikatlaşdırmanın bu gün keçirilən test imtahanı mərhələsində 60 bal toplamaqla rekord nəticəyə imza atıb.