Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli icra nümayəndələrinin, habelə bələdiyyə sədrlərinin iştirakı ilə növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı rayon sakinlərinin müraciətləri fərdi qaydada dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən məşğulluq, sosial müdafiə və kommunal xidmətlər sahələrini əhatə edib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, hərtərəfli araşdırma tələb edən müraciətlər isə aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə ətraflı müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi ilə bağlı tapşırıqlar verib.










