Bakı.Trend:
Azərbaycan istehsalı “NOVA 500” PUA Aşkarlama və Zərərsizləşdirmə Sistemi ilk dəfə "ADEX"də nümayiş olunur.
Trend-in sərgidəki müxbiri xəbər verir ki, sistem uçan bir dronu 10 km-dək qədər aşkar eləyə bilir.
Şirkət nümayəndəsi qeyd edib ki, bunun xaricində, istənilən zaman drona maneə tətbiq eləmək olur.
""Spoofing" deyilən bir texnologiya vasitəsilə saxta koordinat göndərilir.
Dronu istədiyimiz yerdə kimi göstərə bilirik, istəsək düşürə bilirik və ya yüksəkliyini artırada bilirik. Bu şəkildə sistem kompleks halda işləyir”,- deyə nümayəndə qeyd edib.
Qeyd edək ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.
Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.
"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.


