Bakı. Trend:
Bu həftə Qətər vasitəçilərinin ABŞ və İran arasında diplomatik irəliləyişə nail olmaq cəhdləri uğursuzluqla nəticələnib, çünki tərəflərdən heç biri güzəştə getməyə hazır deyil və danışıqlar dalana dirənib. Bu barədə Axios portalı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr vurğulayıblar ki, əhəmiyyətli irəliləyişin olmaması hər iki tərəfin hərbi əməliyyatları bərpa etmək qərarına gəlməsinə səbəb ola bilər. Portal digər ABŞ KİV-ləri kimi qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərindən sonra əməliyyatın bərpa edilməsi barədə əmr verə bilər.
Axios-un mənbələri bildiriblər ki, Qətər rəsmiləri diplomatik nizamlanmaya nail olmaq cəhdlərini davam etdirəcəklər, lakin hər iki tərəfin mövqeyindən məyusdurlar. Sentyabrın 28-də onlar Qətərin İranın blokadasının aradan qaldırılması və Tehranın nüvə məsələsində güzəştlərə getməsini nəzərdə tutan kompromis təklifini müzakirə ediblər. Görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens də iştirak edib. Lakin mənbənin sözlərinə görə, məsləhətləşmələr zamanı əhəmiyyətli irəliləyiş müşahidə olunmayıb.
“Danışıqlar dalana dirənib. İran ABŞ-ın qəbul edə bilməyəcəyi tələblər irəli sürür, ABŞ isə hesab edir ki, üstün mövqedədir və buna görə də güzəştə getməyə ehtiyac yoxdur”, — deyə o bildirib.