Bakı.Trend:
Aİ Ukraynada münaqişə zonasından uşaqların təxliyə edilməsinə görə Tatarıstanın rəhbəri Rüstəm Minnixanova qarşı sanksiyalar tətbiq edib. Brüsseldə bu addım “məcburi deportasiya” adlandırılıb.
Bu barədə Aİ Şurasının qərarında deyilib.
Bəyanatda qeyd olunub ki, sanksiyalar 10 fiziki şəxs və 17 təşkilata, o cümlədən Rusiyanın və KXDR-in uşaq və gənclər üçün idman düşərgələrinə qarşı “aktivlərin dondurulması və giriş qadağası” formasında tətbiq edilib.
Rüstəm Minnixanov 1957-ci ildə Tatarıstanın Yeni Arış kəndində anadan olub. 1978-ci ildə Kazan Kənd Təsərrüfatı İnstitutunu mexanik-mühəndis ixtisası üzrə bitirib, müxtəlif dövlət vəzifələrində çalışdıqdan sonra 1998-ci ildə Tatarıstanın baş naziri, 2010-cu ildə isə respublikanın prezidenti olub.