Bakı.Trend:
Türkiyənin bir çox bölgəsində bu günə leysan yağışlar və daşqınlar gözlənilir. Bəzi ərazilərdə normadan artıq yağındı , İç Anadolu, Mərkəzi və Şərqi Qara dəniz bölgələrində isə temperaturun 6 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.
Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.
İdarənin son qiymətləndirilməsinə görə, bu gün ölkənin şimal və daxili bölgələri, həmçinin Aralıq dənizi parçalı və çox buludlu olacaq. Mərkəzi və Şərqi Aralıq dənizi, İç Anadolunun cənub və şərq hissələri, Qərbi Qara dənizin sahil əraziləri, Mərkəzi və Şərqi Qara dəniz, Sinop, Malatya, Ərzincan, Tunceli, Qaziantep, Kilis və Adıyaman ətrafında, eləcə də Antalyanın qərb hissəsinin daxili ərazilərində leysan yağışların yağacağı gözlənilir.
Artvin, Giresun, Gümüşhanə, Ordu, Rizə, Sivas, Tokat və Trabzon vilayətləri üçün “sarı” kodlu xəbərdarlıq elan edilib.