Bakı. Trend:
2026-cı ilin ilk 6 ayında Niderland Krallığının Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 60,089 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 milyon ABŞ dolları və ya 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Niderlanddan reallaşan investisiyaların payı 1,6 faiz təşkil edib.
2025-ci ilin ilk 6 ayında Niderlanddan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 19,755 milyon ABŞ dollarına bərabər olub.
Bundan əlavə, bu ilin ilk yarımilində Azərbaycanın Niderlanda birbaşa xarici investisiyalarının həcmi 11,044 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon ABŞ dolları və ya 6 dəfə artım deməkdir.
Hesabat dövründə Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində Niderlanda reallaşan investisiyaların payı 0,2 faiz təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3,667 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon ABŞ dolları və ya 13,8 faiz artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard ABŞ dolları və ya 3,7 dəfə çoxdur.