Almaniyada keçirilən futbol üzrə 2024-cü ilin Avropa çempionatı davam edir.
Moden.az xəbər verir ki, bu gün daha 3 oyun olacaq.
E qrupunda Rumıniya – Ukrayna ilə qarşılaşacaq. Qrupun digər matçında Belçika Slovakiyanı sınağa çəkəcək.
D qrupunda isə ikiqat Avropa çempionu Fransa Avstriya ilə üz-üzə gələcək.
17 iyun
Avro-2024
E qrupu
17:00. Rumıniya - Ukrayna Baş hakim: Qlenn Nuberq (İsveç) Münxen. "Alliants Arena"
20:00. Belçika - Slovakiya Baş hakim: Halil Umut Meler (Türkiyə) Frankfurt. "Frankfurt Arena"
D qrupu
23:00. Avstriya - Fransa Baş hakim: Xesus Gil Manzano (İspaniya) Düsseldorf ("Düsseldorf Arena")