Bakı. Trend:
Böyük Britaniyanın maliyyə naziri Con Hili Avropa İttifaqını (Aİ) Birləşmiş Krallığı dövlət müqavilələrinin müdafiə, rəqəmsal və sənaye sektorları üzrə bölüşdürülməsində Aİ üzvü ölkələrin məhsullarına üstünlük verən “Avropada istehsal olunub” proqramına daxil etməyə çağıracaq.
Bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Böyük Britaniyanın maliyyə naziri müvafiq çağırışla sentyabrın 18-də Dublində keçiriləcək Aİ İqtisadi və Maliyyə Məsələləri Şurasının qeyri-rəsmi iclasında çıxış edəcək. Hökumətdəki mənbələr nəşrə bildiriblər ki, London bunun faydasını görəcəyi təqdirdə Brüssel ilə münasibətlərin yenidən qurulması ilə bağlı danışıqlar aparmağa hazırdır.
“Mənim fikrimcə, Aİ ilə daha sıx əlaqələr Böyük Britaniyanın harasında yerləşməsindən asılı olmayaraq, Britaniya şirkətlərinin həm ehtiyac duyduqları təchizat zəncirlərinə, həm də müştərilərə daha geniş çıxış əldə etməsi deməkdir ki, bu da onların inkişaf etməsinə imkan verəcək”, – deyə nəşr Hilinin sözlərini sitat gətirib.