Bakı. Trend:
ABŞ administrasiyası Ukrayna münaqişəsi başa çatmazdan əvvəl Rusiya ilə biznes sövdələşmələri bağlamaq imkanını nəzərdən keçirir.
“The New York Times” (NYT) bu barədə mənbələrə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, mümkün sövdələşmələr Vaşinqtonun Moskva ilə münasibətləri bərpa etmək niyyətinin göstəricisi kimi nəzərdən keçirilir. Konkret hansı müqavilələrin müzakirə olunduğu açıqlanmayıb.
Nəşr bu yanaşmanın Prezident Donald Trampın əvvəlki mövqeyi ilə ziddiyyət təşkil etdiyini qeyd edib. Tramp Ukrayna münaqişəsinin tezliklə başa çatacağına ümid etdiyini bildirib.