Bakı Dövlət Universitetində (BDU) bir sıra yeni ixtisaslar açılacaq. Bu barədə Modern.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, 2024-2025-ci tədris ilində BDU-da açılacaq ixtisaslar aşağıdakılardı: Bakalavriat üzrə: - ekologiya mühəndisliyi; Magistratura üzrə: - korreksiyaedici təlimin metodika və metodologiyası; - ölkəşünaslıq (Qazaxıstan üzrə); - ölkəşünaslıq (Özbəkistan üzrə); - ərzaq məhsullarının ekspertizası və marketinqi; - şəhər kadastrı; - akvabitkilər; - mədəniyyət hüququ.