Azərbaycanda təhsil sahəsində əsas müzakirə edilən mövzulardan biri də xarici diplomların tanınıb-tanınmaması ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda xarici ölkələrdə yerləşən ali təhsil ocaqlarının diplomlarının tanınıb-tanınmaması barədə qərarı Təhsildə Keyfiyyət Təminatı Agentliyi verir.
Bəs Azərbaycanda hansı universitetlərin diplomları tanınmır?
Modern.az mövzu ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir:
“Sözügedən Qaydaların 4-cü maddəsinin 4.1.1. yarımbəndi (müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması) tanınma üçün başlıca şərtlərdəndir”.
Qeyd olunub ki, qaydaların qeyd olunan müddəasındakı normativ tələbləri qarşılamayan və müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən aşağıdakı keçiddəki adları qeyd olunan ali təhsil müəssisələrinin verdiyi ali təhsil sənədlərinə TKTA tərəfindən imtina verilir:
Beynəlxalq Atlantik Universiteti Beynəlxalq Xristian Universiteti Middlesex Universiteti Beynəlxalq Praqa Universiteti EICAR – Paris Beynəlxalq Film və Televiziya Məktəbi Vatel Otel və Turizm Biznes Məktəbi Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti Laqodexi Elm-Təhsil İnstitutu Beynəlxalq Ekologiya və Tibb Akademiyası Avqustin Voloşin adına Karpat Universiteti Avropa Universiteti “KROK” İqtisadiyyat və Hüquq Universiteti Regionlararası Heyətin İdarəolunması Akademiyası EADA Biznes Məktəbi Barselona Qlobal Biznes Məktəbi Avropa Universiteti Biznes Məktəbi Marbella Beynəlxalq Universiteti Harbour Space UniversitetiRoma Biznes Məktəbi Maranqoni İnstitutu Beynəlxalq Humanitar- Texniki Akademiya Nijeqorod Menecment və Biznes İnstitutu Şərqi Avropa Psixoanaliz İnstitutu Sosial-Humanitar Təhsil və Xidmət İnstitutu Dünya İqtisadiyyatı İnstitutu Moskva Humanitar-İqtisad İnstitutu.
Rəşid Qarayev