Bakı.Trend:
İspaniyanın şərqində leysan yağışlar Valensiya və Kataloniyada daşqınlara yol açıb.
Bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Valensiya vilayətində cəmi 30 dəqiqə ərzində 70 millimetrdən çox yağıntı qeydə alınıb. Rəsmilər yağıntının bu səviyyədə olmasını nadir hallarda müşahidə olunan hal kimi qiymətləndirib.
Daşqınlarla ilə əlaqədar Valensiya metrosunun fəaliyyəti dayandırılıb, şəhər hava limanı isə bir neçə saat ərzində bağlanıb. Hava limanı yenidən fəaliyyətə başlamazdan əvvəl 12 reys başqa istiqamətlərə yönləndirilib.
Kataloniyada fırtına ilə bağlı 850-dən çox çağırış daxil olub və 500-dən çox hadisə qeydə alınıb.