Bakı.Trend:
Səudiyyə Ərəbistanının qərbində “Ənsar-Allah” husi hərəkatına (Yəmən) məxsus pilotsuz uçuş aparatının ölkənin hava hücumlarından müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra onun dağıntılarının yerə düşməsi nəticəsində bir nəfər həlak olub.
Bu barədə krallığın mülki müdafiə xidmətinin nümayəndəsi SPA agentliyinə açıqlama verib.
Məlumata görə, insident nəticəsində həlak olan şəxs Yəmən vətəndaşı olub. Bundan başqa bir ABŞ vətəndaşı və bir Pakistan vətəndaşının yaralandığı bildirilir. Sonuncunun vəziyyəti ağır olaraq qiymətləndirilir. Dağıntıların düşdüyü yerdə binalara və nəqliyyat vasitələrinə ziyan dəyib.