Bakı.Trend:
Hindistan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkələrdə yayılan və bir neçə dünya liderinin Yeni Dehlidə keçirilən BRİKS sammitindən sonra xəstələndiyi barədə şayiələri təkzib edib.
Nazirlik saxta məlumatlarla mübarizə məqsədilə "X" sosial şəbəkəsində müvafiq paylaşım edib.
“Diqqət: saxtadır. Sosial şəbəkələrdə bu cür zərərli paylaşımlara qarşı diqqətli olmağa çağırırıq”, - deyə Hindistan XİN yazıb. Nazirlik paylaşımında Cənubi Afrika Prezidenti Siril Ramafosanın əks olunduğu və BRİKS sammitində iştirakdan sonra bir neçə dünya liderinin xəstələndiyinin iddia edildiyi "X" paylaşımları da yayımlayıb.
BRİKS-in 18-ci sammiti Hindistanın sədrliyi ilə sentyabrın 12-13-də Yeni Dehlidə keçirilib. Hindistanın Baş naziri Narendra Modinin sədrliyi ilə keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, İran Prezidenti Məsud Pezeşkian və digər liderlər iştirak ediblər.