ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına direktor təyinatı olub. Bu barədə Modern.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Tədris Terapevtik Klinikasına direktor vəzifəsinə universitetin ATU-nun I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib. Xatırladaq ki, Vəsadət Əzizov əvvəllər Milli Məclisin deputatı olub. O, 2000-2005-ci illərdə 78 saylı Masallı kənd-Lənkəran seçki dairəsini İkinci çağırış Milli Məclisdə təmsil edib. A.Qorxmaz