Qarabağın işğaldan azad edilmiş Xocalı şəhərində 1992-ci ildən yarımçıq qalan "Son zəng" 32 il sonra çalınıb. Modern.az xəbər verir ki, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar. 1992-ci ilin mayın 25-də keçirilən “Son zəng”ə hazırlaşan məzunların arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı. Həmin məzunlar gecikən “Son zəng”lərini məzunu olduqları Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə 32 il sonra səsləndiriblər.