Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Azərbaycanda iki günlük səfərdədir. Bir qədər əvvəl Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanı qarşılayıb.
Nazirliyin paylaşımında bildirilib ki, səfər Azərbaycan və Türkiyə arasında mövcud olan güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq əlaqələrini əks etdirir.
Xəbər yenilənəcək



