Bakı. Trend:
Fransada benzinin bir litrinin orta qiyməti 2,11 avroya çataraq 1985-ci ildən, yəni hökumətin müvafiq məlumatları toplamağa başladığı vaxtdan bəri ən yüksək səviyyəyə yüksəlib.
Bu barədə “Le Figaro” məlumat yayıb.
Etanolun payı 10 faizə qədər olan “95-E10” markalı benzinin qiyməti ötən həftə daha 2,3 avrosent artıb. Bununla da yanacağın qiymətində artım ardıcıl altıncı həftə davam edib.
Ölkədə ən çox istifadə olunan avtomobil yanacağı olan dizelin bir litrinin orta qiyməti isə ötən həftənin sonunda təxminən 2,29 avro təşkil edib. Bu, əvvəlki həftə ilə müqayisədə 3,4 avrosentlik artım deməkdir. Hazırkı qiymət ötən ilin aprelində qeydə alınmış 2,31 avroluq tarixi maksimuma yaxınlaşıb.