Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də prezident vəzifəsindən istefa verəcəyini bildirib.
O, bu barədə “Pink” telekanalının efirində danışıb.
“27 sentyabrda prezident vəzifəsindən istefa verəcəyəm”, – deyə Vuçiç qeyd edib.
Qeyd edək ki, Serbiya Prezidenti sentyabrın 9-da parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.