Bakı. Trend:
İranın qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə yaxşı münasibətləri var.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (14 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran bütün diplomatik vasitələrdən və məsləhətləşmələrdən istifadə edərək ABŞ-nin sanksiyaları ilə əlaqədar addımlarının reallaşmamasına çalışır. İranın qənaətincə bu addımlar beynəlxalq hüquq və insan haqlarına qarşı addımdır”, -deyə o qeyd edib.
Bəqai bildirib ki, ABŞ tərəfi İranın qonşu ölkələr və başqa ölkələrlə münasibətlərinə xələl yetirməyə çalışır. ABŞ tərəfi sanksiyalarını icra etmək üçün İranın ticarət şəriklərinə və region ölkələrinə təzyiq göstərməyə çalışır.
Əlavə edək ki, son günlər Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşek İrandan satın alınan qazın qarşılığında İrana dərman preparatları, ərzaq və icazə verilən məhsullar üçün veriləcəyini bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.