Bakı. Trend:
İran Hörmüz boğazı ilə əlaqədar məntiqli addımın atılmasının tərəfdarıdır.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (14 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran dəfələrlə qeyd edib ki, başqalarının ölçülməmiş addımlarına əsasən öz məntiqli və perspektivli addımlarını qeyri-müəyyən vəziyyətə salmaq istəmir. İran və Oman iki sahilyanı dövlət olaraq Hörmüz boğazı ilə əlaqədar özlərinə aid olan məsələ barədə qərar veriblər. Bir mətn üzərində anlaşma əldə edilib. İran və Oman hazırda region ölkələrinin iştirakı ilə məntiqli və uzaqgörən strategiya istiqamətində iclas təşkil edərək öz anlaşmalarını təqdim etmək istəyir”, -deyə o qeyd edib.
Bəqai bildirib ki, İran və Oman arasında əldə olunan anlaşmada təhlükəsiz marşrutların təyin olunmasının sahilyanı dövlətlərə aid olduğu qeyd olunub. Anlaşmada hakimiyyət hüququ nəzərdə tutulub. Bütün aspektlər iki ölkə arasında həftələrlə müzakirələrdən sonra müəyyənləşib və qonşu ölkələrin iştirakı ilə keçirilməsi nəzərdə tutulan iclasda bu məsələ diqqət mərkəzində durmalı idi.
“Qonşu ölkələr bəzi ölkələrin funksiyasına görə İranın şikayətçi olmasına baxmayaraq bir araya gələrək xarici oyunçuların iştirakı olmadan təhlükəsiz regionun yaradılması haqda danışıqlar aparmaq istəyirlərsə, bu, çox uyğun fürsət idi”, -deyə o qeyd edib.
Qeyd edək ki, Omanda Hörmüz boğazı ilə əlaqədar İran və Oman arasında anlaşma haqda körfəz ölkələrinin iştirakı ilə bu gün iclasın keçirilməsi nəzərdə tutulsa da, həmin iclas ləğv edilib.