Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp süni intellektin (Sİ) inkişafının yavaşladılması ilə bağlı çağırışların əleyhinə çıxıb və texnologiyanı tənqid edənləri “çox neqativ qüvvələr” adlandırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“Biz Sİ sahəsində Çindən öndəyik. Biz dünyanın texnoloji baxımdan ən inkişaf etmiş ölkəsiyik və açığını desəm, bunun belə qalmasını istəyirəm. Çünki Sİ yarışında kim qalib gələn sonda da o zəfər çalacaq”, - deyə Tramp bildirib.
Tramp əlavə edib ki, ABŞ zərurət yaranarsa, Sİ şirkətləri üçün əlavə məhdudiyyətlər tətbiq edə bilər. Lakin hazırda texnologiyanın bir çox tənqidçisi onun sözlərinə görə, “baş verməyəcək” risklərdən danışır.
Bundan əvvəl amerikalı milyarder İlon Mask və “OpenAI” şirkətinin rəhbərliyi süni intellektin inkişaf templərinin yavaşladılmalı olduğuna dair fikirlər səsləndirmişdilər.