Bakı. Trend:
“SpaceX” şirkəti Nvidianın süni intellekt superkompüterlərini 2027-ci ildən kosmosa göndərməyə başlaya bilər.
Bunu “SpaceX” şirkətinin təsisçisi İlon Mask “X” sosial şəbəkəsində yazıb.
“Mən əminəm ki, “SpaceX” gələn il Nvidia VR NLV72 süni intellekt kompüterlərini kosmosa göndərəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Mask daha əvvəl süni intellekt modelləri üçün hesablama gücünün gələcəkdə Yer əvəzinə kosmosda yerləşdirilməsinin daha sərfəli ola biləcəyini bildirmişdi.