Bakı.Trend:
Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər.
Bu barədə Ukrayna dövlət başçısı özü “Telegram” kanalında məlumat verib.
“Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarları yüksək qiymətləndiririk”, – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, xarici səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirəcək və bu görüşlərdə Kiyev ilə Ottava arasında artıq çoxdan mövcud olan strateji münasibətlər səviyyəsinin möhkəmləndirilməsi müzakirə olunacaq. Ukrayna lideri, xüsusilə, Kanadanın Baş naziri Mark Karni ilə danışıqlarda iştirak edəcək.
“Əsas diqqət Ukraynanın səmasının müdafiəsinə və qışa hazırlıq məsələlərinə yönəldiləcək. Dayanıqlılığımızı necə gücləndirəcəyimiz, insanlara necə dəstək verəcəyimiz və Ukraynanın müdafiəsi üçün zəruri imkanları necə təmin edəcəyimiz barədə danışacağıq”, – deyə Zelenski bildirib.