Bakı. Trend:
ABŞ Venesuela ilə bağlanan energetika sazişi nəticəsində 500 ilə kifayət edəcək neft ehtiyatlarına çıxış əldə edib.
Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Neftdən danışaq. Son vaxtlar ehtiyatlarımıza əlavə etdiyimiz Venesuelanı nəzərə almasaq belə, biz dünyada ən böyük [neft istehsalçısıyıq]. Bu, ən böyük neft sazişidir və ehtimal ki, ölkəmizin tarixində ən böyük sövdələşmədir. 65 milyard barel bizimdir, bilirsiniz bu nə deməkdir? Bu, bütün ömrümüzə — 500 ilə bes edər", — deyə o, Dallasda ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində hakim Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, Vaşinqton Karakasla "mükəmməl münasibətlər" qurub.