Bakı. Trend:
Kanadanın Baş naziri Mark Karni sentyabrın 10-da Alberta əyalətinin Kalqari şəhərində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Bu barədə Kаrninin dərc olunmuş iş qrafikində bildirilir.
Qrafikdə dəqiqləşdirildiyi kimi, görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Karni həmçinin bəyanat yayıb və bildirib ki, Zelenski həyat yoldaşı ilə birlikdə “9-11 sentyabr tarixlərində Kanadada səfərdə olacaq”.
Karninin sözlərinə görə, o, Zelenski ilə “müdafiə, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi” ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.