Bakı. Trend:
ABŞ Dövlət katibi Marko Rubio Venesuela Prezidentinin elçisi Delsi Rodriqezlə görüşə biləcəyini istisna etməyib. Bu görüş Rodriqezin BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmək üçün Nyu-Yorka gələcəyi təqdirdə baş tuta bilər.
Kito şəhərinə səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Rubio hələlik rəsmi bir planın olmadığını deyib. "Ola bilsin ki, biz artıq çox danışmışıq. O, Nyu-Yorkda ola bilər. Ora gedib-gedə bilməyəcəyimi dəqiq bilmirəm, amma getsəm, yəqin ki, bu görüş baş tutacaq. Hələ heç nə planlaşdırmamışıq, amma əlbəttə ki, müzakirələr aparmışıq", - deyə o bildirib.
Qeyd edək ki, dövlət və hökumət başçılarının, həmçinin xarici işlər nazirlərinin iştirak edəcəyi yüksək səviyyəli ümumi siyasət müzakirələri 22-26 sentyabr və 28 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək. Sessiyada Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.