Bakı.Trend:
İsrail Böyük Britaniyadan Şərqi Qüdsdəki baş konsulluğunu 30 gün ərzində bağlamağı tələb edib və britaniyalı diplomatları diplomatik statusdan məhrum edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Ramallahdakı britaniyalı diplomatlara və Qəzzaya yardımın koordinasiyası üzrə missiyanın əməkdaşlarına da ölkədən çıxmaları üçün yeddi gün vaxt verilib. İsrail Londona Fələstin təhlükəsizlik qüvvələrinə təlim keçməyi qadağan edib və keçmiş Leyboristlər Partiyasının lideri Ceremi Korbin də daxil olmaqla, 12 britaniyalı deputatın ölkəyə girişini məhdudlaşdırıb.
Bu qərar Böyük Britaniyanın İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq qəbul edilib. London qərardan təəssüfləndiyini bildirib, İsrail isə Britaniyanın tədbirlərini “mənəvi pozğunluq” adlandıraraq Böyük Britaniyanı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.