Bakı.Trend:
İran silahlı qüvvələri ABŞ-yə məxsus pilotsuz uçuş aparatını vurub.
TASS-ın məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti bəyanat yayıb.
Bəyanata görə, hərbi dron ölkənin cənubunda yerləşən Bəndər-Abbas şəhəri üzərində zərərsizləşdirilib.
“Bir neçə dəqiqə əvvəl hava məkanını pozan MQ-1 pilotsuz uçuş aparatı orduya məxsus hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla vurularaq məhv edilib”, – deyə ordunun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.