Bakı. Trend:
ABŞ ordusu iyulun ortalarında İran dəniz limanlarının blokadasını bərpa etdikdən bəri 92 ticarət gəmisinin istiqamətini dəyişdirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
"Sentyabrın 6-na olan məlumata görə, ABŞ ordusu 92 ticarət gəmisinin istiqamətinin dəyişdirib, 3-nü sıradan çıxarıb və daha 2-sini gəmiyə enib", - deyə bildirilib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.