Bakı. Trend:
Şənbə günü ABŞ hərbçiləri Ekvador narkotik kartelinin istifadə etdiyi bir qrup gəmini şərqi Sakit Okeanda ələ keçirərək batırıb.
Bu barədə ABŞ Cənub Komandanlığı məlumat verib.
Komandanlıq X sosial media hesabında paylaşım edərək bildirib: "Kəşfiyyat gəmilərin qəddar narkoterror təşkilatı “Los Choneros” adından fəaliyyət göstərdiyini təsdiqləyib. Gəmidəkilər saxlanılaraq Ekvadorun hakimiyyət orqanlarına təhvil verilib. Daha sonra ABŞ qüvvələri gəmiləri batırıb".
Gəmilərin Sakit Okeanın şərqində üzən yanacaqdoldurma stansiyası kimi xidmət etdiyi bildirilir.