Bakı. Trend:
Erlinq Haaland klub səviyyəsində 300 qol həddinə çatıb.
“Mançester Siti”nin hücumçusu bu gün Premyer Liqanın 3-cü turunda “Koventri”nin qapısına qələbə qolunu vurub – 1:0.
Qeyd edık ki, 26 yaşlı norveçliyə bu göstəriciyə çatmaq üçün 368 oyun lazım olub. Haaland “Mançester Siti” ilə yanaşı, “Bryune”, “Molde”, “Zaltsburq” və Dortmund “Borussiya”sında da çıxış edib.