Bakı. Trend:
Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü təşkil olunub.
Kremldə keçirilən görüşdə Rusiya tərəfdən Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib.
Moskvadakı görüşdən sonra Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün Kiyevə yola düşəcəkləri bildirilir.