Bakı. Trend:
Sentyabrın 2-də Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan millisinin qitə çempionatındakı ilk rəqibləri müəyyənləşib.
Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq. Turnirdə 44 ölkədən 400 idmançı (222 oğlan, 178 qız) mübarizə aparacaq.
3–6 sentyabr tarixlərində baş tutacaq gənclər arasında Avropa çempionatında ilk yarış günü təsnifat mərhələsi 11:30-da, final bloku isə 18:00-da start götürəcək. Turnirin görüşləri "Judo TV" vasitəsilə canlı yayımlanacaq.
Qızlar
-48 kq, 1/16 final Nərgiz Əhmədova – Mariana Pereyra (Portuqaliya) Gülgəz Musayeva – Kseniya Vayner (Moldova)
-52 kq, 1/16 final Aysun Məmmədova – Marqarita Miroşniçenko (Ukrayna)
-57 kq, 1/16 final Aytən Verdiyeva – Marketa Korçakova (Çexiya)
-57 kq, 1/8 final Xədicə Qədəşova – Nika Tomç (Sloveniya) / Luka Veq (Macarıstan) cütünün qalibi ilə
Oğlanlar
-60 kq, 1/16 final Ayxan Mirzəzadə – Stratos Çaralampus (Kipr)
-66 kq, 1/16 final Məhəmməd Musayev – Robert Yakimov (Estoniya)
-73 kq, 1/16 final Əbil Yusubov – Kassim Brosso (Fransa)
-81 kq, 1/16 final Cəsur İbadlı – Yaqor Talaka (Belarus) / Sergey Karakin (Ukrayna) cütünün qalibi ilə Mehdi Abbasov – Petar Payoviç (Monteneqro)
-90 kq, 1/16 final Aslan Kotsoyev – Anton Dimitrov (Bolqarıstan) Süleyman Şükürov – David Yurkovski (Fransa)
-100 kq, 1/16 final Davud Namazlı – Mayus Genis (Litva)
+100 kq, 1/8 final Ramazan Əhmədov – Martin Sedlak (Çexiya) / Luka İvankoviç (Xorvatiya) cütünün qalibi ilə







