Bakı. Trend:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı dövlətimizin tibb işçilərinin əməyinə verdiyi dəyərin növbəti təzahürüdür.
Bunu Trend-ə açıqlamasında Quba Rayon Mərkəzi Xəstəxanasının həkim-trvamatoloqu Orxan Orucov deyib.
Onun sözlərinə görə, səhiyyənin inkişafı, tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması daima diqqət mərkəzindədir.
“Tibb işçilərinin əməkhaqqısının artırılması, xüsusilə regionlarda çalışan həkimlərin daha çox stimullaşdırılmasına, bölgələrdə səhiyyənin inkişafına töhfə verəcək. Ən əsası isə tibb işçilərimiz dövlətin onun əməyini qiymətləndirdiyini, arxasında dayandığını hiss edir.
Bu, peşəyə bağlılığı və motivasiyanı artırmaqla yanaşı ixtisaslı həkimlərin xaricdə yox, dövlətimizdə fəaliyyət göstərməsinə təkan verəcək. Biz tibb işçilərinə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk.
Düşünürəm ki, bu siyasətin nəticəsini biz gələcəkdə daha güclü səhiyyə sistemi və keyfiyyətli tibbi xidmət şəklində görəcəyik”, - deyə O.Orucov bildirib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək.
Onlardan 15 804 nəfər və ya 21,9 faizi həkim, 36 041 nəfər və ya 49,9 faizi orta tibb heyəti, 20 367 nəfər və ya 28,2 faizi isə kiçik tibb heyətidir.
Yeni qərara əsasən, tibb işçilərinin ümumi əməkhaqqı artımı 135 faizə qədər təşkil edəcək.
Əməkhaqqı artımlarının maliyyələşdirilməsi məqsədilə əməkhaqqı fonduna 189 milyon manat əlavə vəsait ayrılacaq.