Bakı. Trend:
Azərbaycan İspaniyanın “Santander” bankı ilə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb
Bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İspaniyanın “Santander” bankının nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycan–İspaniya iqtisadi əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb. Bildirilib ki, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı, eləcə də birgə layihələrin həyata keçirilməsində maliyyə sektorunun rolu mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən çoxtərəfli maliyyə institutları vasitəsilə dəstəklənməsi imkanları nəzərdən keçirilib. Bu çərçivədə “Santander” bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Azərbaycanda investisiyaların təşviqi və dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirələr olunub

