Bakı. Trend:
ABŞ və İranın gecə saatlarında qarşılıqlı zərbələr endirməsindən sonra tədarükün kəsilməsi ilə bağlı narahatlıqların artması fonunda neft qiymətləri erkən ticarət əməliyyatlarında təxminən 1 faiz artıb.
Bu barədə xarici mediada melumat yayılıb.
Bu vəziyyət Yaxın Şərqdə gərginliyin tezliklə zəifləyəcəyinə dair ümidləri azaldıb.
Beləliklə, “Brent” markalı neftin fyuçersləri 87 sent və ya 0,92 faiz artaraq bir barrel üçün 95,52 dollara, ABŞ-ın WTI (West Texas Intermediate) markalı neftinin fyuçersləri isə 80 sent və ya 0,89 faiz yüksələrək 91,02 dollara çatıb.
Bu, "Brent" üçün iyulun 24-dən, WTI üçün isə iyulun 23-dən bəri qeydə alınan ən böyük artım olub.