Bosniya və Herseqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında bütün 1/4 finalçılar bəlli olub.
Modern.az xəbər verir ki, millimiz Qazaxıstanla üz-üzə gələcək.
Meydan sahibləri turnirin favoritlərindən Rumıniya ilə qarşılaşacaq. Digər cütlərdə Monteneqro – Fransa və Serbiya – Belçika görüşləri baş tutacaq.
Qeyd edək ki, Avropa çempionatına iyunun 8-də yekun vurulacaq.
Avropa çempionatı, 1/8 final 5 iyun Rumıniya – Gürcüstan – 3:0 Serbiya – Macarıstan – 4:1 Qazaxıstan – Sloveniya – 1:0 Ukrayna – Fransa – 2:3 Azərbaycan – Bolqarıstan – 3:1 Monteneqro – Polşa – 4:2 Bosniya və Herseqovina – Çexiya – 2:2, pen. 5:4 Slovakiya – Belçika – 1:1, pen. 1:2
1/4 final 6 iyun Monteneqro – Fransa Rumıniya – Bosniya və Herseqovina Serbiya – Belçika Azərbaycan – Qazaxıstan