Bakı. Trend:
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) notlarının yerləşdirilməsi üzrə sentyabrın 2 və 3-də Bakı Fond Birjasında (BFB) hərrac keçiriləcək.
BFB-nin məlumatına əsasən, hərraclar zamanı sifarişlərin qəbulu saat 11:00-dan 11:30-dək həyata keçiriləcək.
Sentyabrın 2-də ümumi nominal həcmi 125 milyon manat olan iki növ not hərraca çıxarılacaq. Bunlardan 28 günlük notların həcmi 75 milyon manat, 168 günlük notların həcmi isə 50 milyon manat təşkil edir.
Sentyabrın 3-də isə ümumi nominal həcmi 105 milyon manat olan iki növ notun yerləşdirilməsi nəzərdə tutulur. Həmin gün 84 günlük notlar 75 milyon manat, 252 günlük notlar isə 30 milyon manat həcmində hərraca çıxarılacaq.
Notun müddəti
(gün)
İSİN
Hərrac
tarixi
Hərraca çıxarılan məbləğ (manat)
Nominal
Miqdar
Notun ödəniş tarixi
28
AZ2700024709
02.09.2026
75.000.000
100.000
750
30.09.2026
84
AZ2701024708
03.09.2026
75.000.000
100.000
750
26.11.2026
168
AZ2702024707
02.09.2026
50.000.000
100.000
500
17.02.2027
252
AZ2703024706
03.09.2026
30.000.000
100.000
300
13.05.2027
Hərraclarda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycanda fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri qiymətli kağızlarla alqı-satqı, girov, REPO və digər əqdlər bağlaya bilərlər. Bu əqdlər üzrə qarşı tərəf kimi isə istənilən şəxs çıxış edə bilər.
Hər bir bank hərrac zamanı yalnız bir rəqabətli sifariş təqdim edə bilər və sifarişin həcmi müvafiq hərraca çıxarılan nominal həcmdən çox ola bilməz. Hərracda iştirakçıların sayına dair minimum tələb müəyyən edilməyib.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində, yəni əqdin bağlandığı gün həyata keçiriləcək.