Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi (XİN) BMT Nizamnaməsinin müddəasının açıq-aşkar şəkildə pozulması ilə nəticələnən ABŞ ordusunun İranın Larak adasına hərbi hücumunu kəskin şəkildə qınayır.
Bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
“İran Xarici İşlər Nazirliyi BMT Baş katibi, BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində öz vəzifələrini yerinə yetirmələrini istəyir”, -deyə bəyanatda qeyd olunur.
İran XİN qeyd edir ki, ötən gecə ABŞ ordusunun İranın Larak adasına hərbi hücumu nəticəsində bir neçə hərbçi və vətəndaş ölüb və yaralanıb və ictimai əmlaka ziyan dəyib.
“İran BMT baş katibi, Təhlükəsizlik Şurasının rəhbəri, Fars körfəzi və Hörmüz boğazında destabilliyin davam etməsinə görə narahatlığını bildirən büün dövlətlərə xatırladır ki, regionda gəmiçilik marşrutunun destabilləşməsinin yeganə amili ABŞ və İsrailin qanunsuz addımlarıdır. Belə ki, bu hücum 28 fevral 2026-cı ildə başlanıb və ötən 6 ayda müxtəlif formalarda, o cümldən dəniz blokadası və başqa təhrikedici addımlarla davam edib”, -deyə bəyanatda qeyd olunur.
İran XİN əlavə edib ki, İran silahlı qüvvələri qanuni müdafi addımları atmaqda heç bir şübhə etmir və uyğun şəkildə hərbi hücumlara qətiyyətli şəkildə cavab verəcəklər.
“Aydındır ki, ABŞ-nin yeni addımları, dəniz blokadası və İran əleyhinə iqtisadi müharibənin davam etməsində ABŞ və bu qanunsuz addımlarda Birləşmiş Ştatlarla əlbir olan tərəflər məsuliyyət daşıyır”, -deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ ordusunun İranın cənubundakı Larak adasında iki raket kompleksini məhv etdiyi, hava hücumlarında iki nəfərin öldüyü və iki nəfərin yaralandığı bildirilib.