Bakı. Trend:
Şənbə günü Nigerin paytaxtı Niamey şəhərinin bir neçə rayonunda partlayış və uzunmüddətli atəş səsləri eşidilib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hadisənin səbəbi və dəqiq təfərrüatları hələlik məlum deyil.
Agentliyin təhlükəsizlik xidmətlərindəki mənbəsinin məlumatına görə, bir qrup silahlı şəxs paytaxtın beynəlxalq hava limanına hücum edib və prezident sarayının ətrafındakı təhlükəsizlik perimetrini yarmağa cəhd göstəriblər.
Məlumata görə, prezident sarayının ətrafında atışma intensiv və fasiləsiz olub. İnternetdə hava limanının yaxınlığında yerləşdirilmiş zirehli texnikanın göründüyü videolar yayılıb. Ölkənin ən böyük hava qüvvələri bazası hava limanının ərazisində yerləşir.