Bakı.Trend:
Rusiya və Ukrayna arasında sülh danışıqları hazırda fasilə vəziyyətindədir və onların bərpası ilə bağlı hələlik yeni təklif yoxdur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hazırda bu mövzu dərin fasilə vəziyyətindədir, heç bir yeni ideya yoxdur”, – Peskov jurnalistlərə deyib.
Kremlin nümayəndəsi həmçinin Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının hələ planlaşdırılmadığını bildirib.
Liderlərin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin Moskvaya səfərindən sonra mümkün telefon danışığı barədə suala Peskov “xeyr, hələlik planlarda yoxdur” cavabını verib.