Bakı. Trend:
Norveçdə atası V Haraldın ölümündən sonra vəliəhd şahzadə Haakon taxta çıxıb və VIII Haakon adını qəbul edib.
Bu barədə BBC məlumat yayıb.
“Əlahəzrət Kral VIII Haakon – Hər şey Norveç üçün”, – kral ailəsinin yeni monarxın portretinin dərc olunduğu "Facebook" paylaşımında bildirilib.
Yeni kral VIII Haakon artıq paytaxtdakı Kral Sarayında hökumət üzvləri ilə görüşüb. O, görüşdə qara rəngli hərbi geyimdə olub.
Qeyd edək ki, Norveç kralı V Harald bu gün, avqustun 28-də 89 yaşında vəfat edib. O, 35 il taxtda olub və cümə günü səhər saatlarında nadir qan xəstəliyindən müalicə aldığı Oslodakı Milli Xəstəxanada dünyasını dəyişib.